Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:44

«Ermənistan şərt qoymadan Türkiyə ilə münasibətlər qurmağa hazırdır»


Koçaryan «Fiqaro»ya müsahibəni Fransaya səfəri çərçivəsində verib

Koçaryan «Fiqaro»ya müsahibəni Fransaya səfəri çərçivəsində verib

«Ermənistan heç bir ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır»-bunu Fransanın «Fiqaro» qəzetinə müsahibəsində Ermənistan prezidenti Robert Koçaryan bəyan edib. Bununla belə, Koçaryan 1915-ci ildə Osmanlıda ermənilərin soyqırımı məsələsinin öyrənilməsi üçün tarixçilərdən ibarət müştərək komissiyanın yaradılması təklifini rədd edib. Bunun müqabilində Ermənistan prezidenti Ankaranı bu məsələlərin müzakirəsi üçün hökumətlərarası komissiya yaratmağa çağırıb:

«İki tərəfli münasibətlərin normallaşması iki ölkə hökumətlərinin vəzifəsidir, tarixçilərin yox. Ona görə də biz heç bir ilkin şərt olmadan diplomatik münasibətlər qurmağa, hökumətlərarası komissiya yaratmağa və son dərəcə də prinsipial məsələ də daxil olmaqla bütün məsələləri müzakirə etməyə hazırıq».

Ankara Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyası ərazisində ermənilərin soyqırıma məruz qalması iddialarını təkzib edir.


Koçaryan «Fiqaro»ya müsahibəni Fransaya səfəri çərçivəsində verib. Onun bu ölkəyə səfəri fevralın 17-də başlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG