Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:52

Moskva vilayətində «quş qripi» virusu insan üçün təhlükəlidir


H5N1 «quş qripi» virusunun Moskva vilayətində aşkarlanan ştammı yüksək patogen və insan üçün potensial təhlükəlidir.


Bu haqda fevralın 19-da Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidmətinin başçısı Nikolay Vlasov məlumat verib. Onun bildirdiyinə görə, virus Rusiya ərazisinə Qafqazdan, Balkandan və ya Asiya ölkələrindən daxil ola bilərdi, infeksiyanın yayılmasının mənbəyi isə Moskvanın Quş bazarı hesab olunur.


Ev quşlarının tələfatı Moskva ətrafı beş rayonda qeydə alınıb. Fevralın 19-da şəxsi təsərrüfatlarda quşların vaksinasiyasına başlanıb.


XS
SM
MD
LG