Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:11

Rusiyadan quşçuluq məhsullarının idxalına qadağa qoyuldu


Rusiyada «quş qripi» aşkarlandı. 18 fevral 2007

Rusiyada «quş qripi» aşkarlandı. 18 fevral 2007

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Rusiyadan quşçuluq məhsullarının idxalına müvəqqəti qadağa qoyub. Baytarlıq Xidmətinin rəsmisi Yolçu Xanvəlinin sözlərinə görə, qadağaya səbəb ötən həftə Moskva ətrafında H5N1 virusunun aşkar edilməsidir. Əvvəl qadağa yalnız Krasnodar vilayətinə şamil edilmişdi. Hazırda Türkiyə üçün də analoji qadağa qüvvədədir.


Virusun Azərbaycana daxil olmasının qarşısını almaq üçün ölkənin bütün sərhəd baytar məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə çöl quşlarının ovuna, satışına və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.


Günün bütün mövzuları

XS
SM
MD
LG