Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:39

Kitablara azadlıq!


akitab@yahoogroups.com -a üzv olmaqla hər bir kəs istədiyi kitabın izinə düşə bilər

akitab@yahoogroups.com -a üzv olmaqla hər bir kəs istədiyi kitabın izinə düşə bilər

«14-24»ün budəfəki qonağı «Alma-Küçə Kitabları» Hərəkatının (AKKH) təşkilatçılarından biri Rüfət Abbasovdur. «Alma-Küçə Kitabları» dünyada «Book Crossing» adı ilə tanınan bir hərəkatın Azərbaycanda davamıdır. Məqsəd kitablara azadlıq vermək, həbs olunduqları kitabxanalardan çixarmaq, o kitabların şəhərləri, ölkələri, hətta bütün dünyanı gəzmələrinə, beləcə, daha çox oxunmalarına yol açmaqdır. Rüfət Abbasov: «AKKH-ya qoşulmaq üçün öncə akitab@yahoogroups.com-a üzv olmaq, daha sonra «Alma-Kitab»ın redaksiyasına müraciət edərək, burada azad elan olunmuş kitablardan birini seçmək lazımdır. Onu oxuyub, fikirlərinizi akitab@yahoogroups.com-a qeyd edərək, başqaları ilə paylaşmaq lazımdır. Sonra isə kitabı eyni şərtlərlə başqa birisinin istifadəsinə vermək tələb olunur».
akitab@yahoogroups.com vasitəsi ilə bu hərəkata qoşulan hər bir kəs istədiyi kitabın izinə düşə, onun harda olduğunu və ya haradan tapa biləcəyini öyrənə bilər.


XS
SM
MD
LG