Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:16

Moskva vilayətinin daha bir rayonunda ev quşlarlının tələfatı var


Moskva ətrafında daha bir rayonda – Taldomskda ev quşlarının tələfatı qeydə alınıb. Bu haqda Moskva vilayətinin baş sanitar həkiminə istinadən «İntefaks» xəbər agentliyi bildirib.


Bundan qabaq «quş qripi» virusu üç Moskva ətrafı rayonda – Odintsovsk, Podolsk, Domodedovoda qeydə alınıb. Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidmətindən bildiriblər ki, ilkin analizlər quşların insan üçün təhlükəli H5N12 virusundan öldüyünü təsdiqləyib.


Vilayətin bütün quşçuluq fabriklərində karantin elan olunub. Rusiyanın baş sanitar həkimi Gennadi Onişenkonun bildirdiyinə görə, Moskva vilayətində insanların «quş qripi»nə yoluxması şübhəsi yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG