Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:52

Moskvada evsiz itə abidə ucaldılıb


Moskvada, metronun «Mendeleyevskaya» stansiyasının girişində burada altı il əvvəl öldürülmüş «Malchik» ləqəbli itə abidə açılıb.

«Şəfqət» adlı tunc heykəl evsiz heyvanlara xeyirxah münasibəti, zorakılıq və qəddarlığa etirazı təcəssüm etdirir.


Abidənin müəllifi heykəltəraş Aleksandr Tsiqaldır. Heykəlin ucaldılması üçün vəsaitin toplanmasında bir çox məşhur insanlar, o cümlədən şairlər Yevqeni Yevtuşenko, Bella Axmadulina, aktyor Valentin Qaft, musiqiçi Andrey Makareviç və başqaları iştirak ediblər.


XS
SM
MD
LG