Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:05

Moskvanın quşçuluq fabriklərində karantin elan olunub


Təsərrüfatlardakı bütün quşlar məhv edilib

Təsərrüfatlardakı bütün quşlar məhv edilib

Moskva vilayətinin bütün quşçuluq fabriklərində sərt karantin tətbiq olunub. Səbəb də odur ki, «quş qripi» şübhəsi ilə Moskva vilayətinin iki fermer təsərrüfatının işçiləri xəstəxanaya yerləşdirilib. Bu barədə vilayətin qubernatoru səlahiyyətlərini icra edən Aleksey Panteleyev məlumat verib.


«İnterfaks»a müsahibəsində o, bildirib ki, insanlar Domodedovo və Zveniqorodun xəstəxanalarına yerləşdiriliblər. Həmin təsərrüfatlardakı bütün quşlar isə məhv edilib.


Hazırda mütəxəssislər virusun ştammını -- növünü müəyyənləşdirirlər. Amma Rusiyanın baş sanitar həkimi Qennadi Onishenko «RİA-Novosti» agentliyinə bildirib ki, Domodedovo rayonunda quşların tələfatına səbəb insan üçün təhlükəli olan H5N1 virusu olub.



Rusiyanın Krasnodar vilayətində isə vəhşi quşların tələfatı qeydə alınıb.


«RİA-Novosti»nin məlumatına görə, minə qədər ölü quş tapılıb. İlkin analiz «quş qripi» virusu aşkar etməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG