Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:21

«Qarabağ münaqişəsi BMT Baş Assambleyasına çıxarılmamalıdır»


Həmsədrlər ümid edirlər ki, tərəflər danışıqların son aylardakı səviyyəsini qoruyacaqlar

Həmsədrlər ümid edirlər ki, tərəflər danışıqların son aylardakı səviyyəsini qoruyacaqlar

Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasının müstəvisinə çıxarılmamalıdır. Bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri deyirlər. Yuri Merzlyakov, Mətyu Brayza, Bernar Fasye və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Parisdə görüşüblər, sonra bu bəyanatı yayıblar.


Həmsədrlər ümid edirlər ki, tərəflər danışıqların son aylardakı səviyyəsini qoruyacaqlar. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri yaxın vaxtlarda görüşəcək və sülh sazişinin əsas prinsiplərinə dair fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.


Həmsədrlər tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsindən kənar müstəvilərdə, o cümlədən, BMT Baş Assambleyasında münaqişənin nizamlanmasına dair addımlardan imtina etməyə çağırırlar. Onların fikrincə, bu kimi cəhdlər son zamanlar əldə olunan nəticələrin üzərindən xətt çəkə bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG