Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:50

Serqey İvanov Müdafiə naziri postunu tərk etdi


Anatoli Serdyukov, 15 fevral 2007
Serqey İvanov Baş nazirin birinci müavini təyin edilib. Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə o, Müdafiə naziri vəzifəsindən azad edilib.


Cənab İvanovun ixtiyarında hərbi-sənaye kompleksi və iqtisadiyyatın mülki sektorunun bir hissəsi olacaq.


Müdafiə naziri postuna isə Federal Vergi Xidmətinin rəhbəri Anatoli Serdyukov təyin olunub.



Anatoli Serdyukov 1962-ci il yanvarın 8-də Krasnodar diyarında anadan olub. Leninqrad Sovet Ticarət İnstitutu və Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsini bitib.



Günün bütün mövzuları

XS
SM
MD
LG