Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54

Böyük Çin səddini ölçməyə başlayıblar


Böyük Çin səddi qədim Çinin ən iri müdafiə tikintisidir
Böyük Çin səddi qədim Çinin ən iri müdafiə tikintisidir

Çinin «Sinxua» informasiya agentliyinin verdiyi məlumata görə, Böyük Çin səddinin ilk hərtərəfli təftişinə başlanıb. Dəqiq uzunluğunu ölçməklə yanaşı, araşdırmaçılar Böyük Çin səddini uzunluğu boyu bütün elementlərini xəritəyə çəkəcəklər.


Səddin uzunluğu barədə mübahisələr çoxdandır aparılır. «On min li boyda divar» (səddin adlarından biri belədir)– onun həqiqi ölçüləri barədə fikir yürütməyə əsas verir. 1 li 576 metrə bərabərdir, deməli, səddin uzunluğu 5760 kilometrdir. Amma Min sülaləsinin (1368-1644) dövrünə aid sənədlərdə verilən məlumatlara əsasən, Böyük səddin uzunluğu 6300 kilometrə yaxındır.


1949-cu ildə Çin Xalq Respublikası yaranandan sonra divarın uzunluğunu ölçməyə cəhd ediblər, lakin, dəqiq inzibati sərhədlərin olmaması üzündən uzunluq tarixi rəqəmdən 1000 kilometrdən çox edib.


Hazırkı tədqiqatı Çinin Dövlət Geodeziya və Xəritəçəkmə İdarəsi ilə Qədim mədəni abidələrlə iş üzrə Dövlət İdarəsi aparır.


Dünyanın yeddi möcüzələrindən biri adlandırılan Böyük Çin səddi qədim Çinin ən iri müdafiə tikintisidir. 1987-ci ildə UNESCO onu dünyanın mədəni və təbii irsi kataloquna daxil edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG