Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:54

Mariya Şarapova Çernobıl qəzasının nəticələrini aradan qaldırmaq üçün 100.000 dollar ayırıb


Mariya Şarapovaya xoşməramlı səfir diplomu təqdim olunur, 15 fevral 2007

Mariya Şarapovaya xoşməramlı səfir diplomu təqdim olunur, 15 fevral 2007

Dünyanın məşhur qadın tennisçisi Mariya Şarapova Çernobıl qəzasından zərərçəkən ərazilərin bərpası yardım üçün 100.000 dollar ayırıb. Şarapova bunu BMT-də keçirdiyi mətbuat konfransında deyib. BMT tennisçi xanımı xoşməramlı səfir elan edib.


Qəza vaxtı Şarapovanın ailəsi Çernobıldan çox da uzaqda yaşamayıb. Məşhur tennisçi deyib ki, qoy bu pul məktəblərin, xəstəxanaların, idman komplekslərinin bərpasına xərclənsin: «Uimbldonda tennis meydançasında oynamaq haqda fikirləşmək olar, ancaq BMT-nin İnkişaf Proqramının səfiri olmağı düşünmək çətindir. Mən indi daha çox həyəcanlıyam».


Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında partlayış 1986-cı ildə baş verib. Bu, dünyada mülkü nüvə obyektində baş vermiş ən iri qəza hesab olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG