Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:55

Azərbaycanlıların 57,1 faizi piylənmədən əziyyət çəkir


Piylənmədən ən çox Naurunun sakinləri əziyyət çəkirlər

Piylənmədən ən çox Naurunun sakinləri əziyyət çəkirlər

Amerikanın «Forbes» jurnalı artıq çəkisi olan sakinlərinin sayına görə, dünya ölkələrinin reytinqini dərc edib. Reytinqin hazırlanması zamanı 15 yaşdan yuxarı olan insanların çəkisi nəzərə alınıb. Azərbaycan 194 ölkə arasında 53-cü yeri tutur – ölkə əhalisinin 57,1 faizinin çəkisi normadan artıqdır.


Keçmiş SSRİ respublikalarından piylənmədən ən çox Belarus əhalisi əziyyət çəkir (66,7 faiz və 22-ci yer). MDB-də ən qədd-qamətli insanlar isə Tacikistan sakinləridir – onların yalnız 37,3 faizinin artıq çəkisi var.


Yer kürəsində ən arıq insanlar isə Eritreyadadır. Bu ölkənin əhalisinin yalnız 4,4 faizi kökdür və reytinq-cədvəldə sonuncu - 194-cü yeri tutur. Axırdan sonrakı yerləri isə Efiopiya (5,6 faiz) və Banqladeş (6,1 faiz) sakinləri tutur.


Piylənmədən ən çox isə Nauru (94,5 faiz), Mikroneziya (91,1 faiz) və Kuk Adalarının (90,9 faiz) sakinləri əziyyət çəkirlər. ABŞ siyahıda 9-cu (74,1 faiz), Rusiya isə 92-ci yeri tutur (49,1 faiz).


Ümumilikdə isə Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hazırda dünyada 1,6 milyard insan həddən artıq kökdür və bu tendensiya davam edərsə, rəqəm yaxın 10 il ərzində 40 faiz artacaq.


Ekspertlərin fikrincə, dünyada insanların tədricən kökəlməsinə təəccüblənməyə dəyməz. Onlar bunda urbanizasiya və «fast food» (ayaqüstü yeməklər), az fiziki hərəkət və stressli iş kimi Qərb həyat tərzini təqsirləndirirlər.


Piylənmə üzrə Beynəlxalq İşçi Qrupun ictimaiyyətlə əlaqələr direktoru Nevil Riqbi deyir ki, «urbanizasiya ucbatından daha çox insan sıx mühitdə yaşayırlar, şəhərlərdə onlar ənənəvi qida mənbələrindən uzaqlaşırlar və sənaye məhsullarından asılı olurlar. Modernləşmə az əhalisi və ehtiyatları olan ölkələri ixrac edilmiş, bəzən həddən artıq emal olunmuş qidadan asılı edir. Qərb yeməyi hər yeri basır və insanların çoxu bununla bacarmaq üçün genetik baxımdan hazır deyillər».


Köklük və piylənmə ürək-damar, insult, ikinci dərəcəli diabet və başqa xroniki xəstəliklərin inkişafı riskinin əsas faktorlarından biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ürək xəstəliklərindən hər il 17 milyondan çox insan vəfat edir.


ÖLKƏLƏRİN REYTİNQİ


1


Nauru


94.5%


9


Birləşmiş Ştatlar


74.1%


21


Avstraliya


67.4%


22


Belarus


66.8%


28


Böyük BRitaniya


63.8%


29


Səudiyyə Ərəbistanı


63.5%


35


Kanada


61.1%


43


Almaniya


60.1%


52


Avstriya


57.1%


53


Azərbaycan


57.1%


54


Türkiyə


56.8%


74


Ermənistan


53.3%


77


İran


53.2%


79


Litva


53.1%


88


Braziliya


50.5%


92


Rusiya Federasiyası


49.1%


99


Latviya


47.3%


102


Türkmənistan


46.8%


107


Özbəkistan


46.0%


113


Gürcüstan


44.8%


114


Ukrayna


44.8%


122


Estoniya


42.2%


125


Qazaxıstan


41.4%


126


Moldova


41.1%


128


Fransa


40.1%


133


Qırğızıstan


39.2%


137


Tacikistan


37.3%


148


Çin


28.9%


163


Yaponiya


22.6%


176


Hindistan


16.0%


194


Eritreya


4.4%


Günün bütün mövzuları

XS
SM
MD
LG