Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:03

Əli İnsanov: «Mən siyasi məhbusam»


Əli İnsanov: «Mənim ətrafımda siyasi oyunlar gedir»

Əli İnsanov: «Mənim ətrafımda siyasi oyunlar gedir»

«Mənim ətrafımda siyasi oyunlar gedir, bu ittihamların heç birini qəbul etmirəm. Mən siyasi məhbusam». Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş Səhiyyə naziri Əli İnsanov belə deyib.


Fevralın 15-də hakim Faiq Qasımovun sədrliyi ilə Əli İnsanov və təqsirləndirilən digər on nəfər şəxsin məhkəməsinə hazırlıq iclası başlayıb.


Cənab İnsanov dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edildiyini, ancaq sonradan bu ittihamın digər ittihamlardan ayrılmasından təəccübləndiyini bildirib: «Başa düşə bilmirəm ki, niyə bu ittihamları ayırdılar. Mən Rəsul Quliyevi 1996-cı ildən tanımıram. 16 aydır məni təkadamlıq kamerada saxlayırlar, mən elm adamıyam, bu, mənə qarşı haqsızlıqdır. Mən bu hökuməti quranlardan, YAP-ı yaradanlardan biriyəm».


Sabiq nazir həbsdə olduğu müddətdə onu müdafiə edən insanlara da təşəkkürünü bildirib.


Keçmiş Səhiyyə naziri Əli İnsanov və təqsirləndirilən digər on nəfər şəxs Cinayət Məcəlləsinin səlahiyyət həddini aşma, dövlət əmlakını mənimsəmə maddələri ilə ittiham olunurlar. Məhkəmədə Əli İnsanovla yanaşı, Səhiyyə Nazirliyinin və özəl səhiyyə müəssisələrinin sabiq rəhbər işçiləri Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kərimov, Fuad Mahmudov, Vəkil Abbasov, Akif Məhərrəmov, Eldar Rzayev, Hacı Əliyev, Şövqü Cəfərov, Aleksandr Umyaşkin təqsirləndirilirlər.


Məhkəmə iclasında yalnız televiziyalara qısa müddətə çəkiliş aparılmasına icazə verilsə də, jurnalistlərə səs yazmağa, foto çəkilişlər etməyə icazə verilməyib.


Əli İnsanov, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev, Prezidentin İcra Aparatının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev və digər şəxslərlə birgə 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunublar.


Günün bütün mövzuları

XS
SM
MD
LG