Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:45

Serbiya parlamenti BMT-nin Kosovo planını rədd edib


Yeni seçilmiş Serbiya parlamentinin ilk iclası, Belqrad, 14 fevral 2007

Yeni seçilmiş Serbiya parlamentinin ilk iclası, Belqrad, 14 fevral 2007

Serbiya liderləri bildirilər ki, plan Serbiyanın ərazi bütövlüyünü pozur və beləliklə, albanların yaşadığı ərazi - Kosovo müstəqillik əldə edə bilər.


Serbiya parlamenti seçkilərdən sonra birinci dəfə yığılıb. Fevralın 14-də deputatlar qətnamə qəbul ediblər. Qətnamədə bildirilir ki, BMT-nin planı Serbiyanın ərazisində yeni müstəqil dövlətin əsasını qoymaq üçün zəmin yaradır, bu isə qanunsuzdur.


BMT-nin xüsusi elçisi Martti Ahtisaarinin planı Kosovanın beynəlxalq qurumlara çıxışını nəzərdə tutur, amma müstəqillik haqqında birbaşa danışmır. BMT elçisinin özü təklifini «kompromisli» adlandırıb. Amerika və Avropa Birliyi isə BMT planını dəstəklədiklərini bəyan ediblər.


Serbiyanın prezidenti Boris Tadiç bəyan edib ki, Serbiya heç vaxt Kosovaya müstəqillik verilməsi ilə barışmayacaq. Kosova prezidenti Fatmir Seydui isə əksinə, diyara tezliklə müstəqillik statusu veriləcəyinə ümid ifadə edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG