Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:37

«Azadlıq» bloku ADP-nin təmsilçisi kimi Sərdar Cəlaloğlunu tanıdı


Dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku bu təşkilatda Demokrat Partiyasının təmsilçisi kimi Sərdar Cəlaloğlunu tanımaq qərarına gəlib. ADP daxilində sədrlə onun müavini arasında fikir ayrılığından sonra bu partiyanın daxil olduğu «Azadlıq» bloku da seçim qarşısında qalmışdı. Bloka ADP-dən başqa, AXCP, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir.


ADP-nin sədri Rəsul Quliyev hakimiyyətlə əməkdaşlıq barədə qərar qəbul etdiyi üçün müavini Sərdar Cəlaloğlunu «Azadlıq» blokunda ADP-ni təmsil etmək hüququndan məhrum etmişdi. Hazırda ABŞ-da yaşayan parlamentin keçmiş spikeri Rəsul Quliyev blokda təşkilatını təmsil etməyi Ali Məclisin sədri Akif Şahbazova tapşırmışdı.


«Azadlıq» blokunun fevralın 14-də yaydığı məlumatda isə bildirilir ki, blok Sərdar Cəlaloğlunun ADP sədrliyinə namizədliyini irəli sürməkdən imtina edəcəyi barədə bəyanatını nəzərə alıb. «Azadlıq» blokuna daxil olan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxanın bildirdiyinə görə, blok indiki məqamda təşkilatda ADP-ni Sərdar Cəlaloğlunun təmsil etməsini bu partiyanın nizamnaməsinə uyğun hesab edib.


XS
SM
MD
LG