Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:58

Sahibkarlar yersiz müdaxilələrdən şikayətlənirlər


Rəsmi qurumlar ötən üç il ərzində regionlarda xeyli sahibkarlıq subyektlərinin fəaliyyətə başladığını bildirirlər
Rəsmi qurumlar ötən üç il ərzində regionlarda xeyli sahibkarlıq subyektlərinin fəaliyyətə başladığını bildirirlər

Bu dəfə «Şəffaflıq»da turizm sahəsində fəaliyyət göstərən sahibkarların üzləşdiyi problemlərdən söz açılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının elan olunmasının üç ili tamam oldu. Proqram 2008-ci ildə başa çatacaq. Rəsmi qurumlar ötən üç il ərzində regionlarda xeyli sahibkarlıq subyektlərinin fəaliyyətə başladığını bildirirlər. Amma «Azadlıq» radiosuna müraciət edən sahibkarlar fərqli fikirlər söyləyirlər. Misal üçün, Masallı, Yardımlı və Xaçmaz rayonlarında fəaliyyət göstərən sahibkarlar yersiz müdaxilələr üzündən fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldıqlarını deyirlər. Hətta onlar iddia edirlər ki, illərdən bəri qurub yaratdıqları, özəlləşdirdikləri, milyonlarla manat investisiya yatırdıqları müəssisələr əllərindən alınır.


Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov isə deyir ki, regionlarda sahibkarların məmur özbaşınalığı ilə üzləşməsi yeni hadisə deyil.


XS
SM
MD
LG