Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27

Türksayağı Valentin Günü…

  • Solntseva Yelena

Türk gənclərinin rəmzi, türk «valentina»sı-nar çiçəyi sayılır

Türk gənclərinin rəmzi, türk «valentina»sı-nar çiçəyi sayılır

Bir çox başqa Avropa bayramları ilə yanaşı, bütün sevgililərin günü kimi qiymətləndirilən fevralın 14-ü də müsəlman Türkiyəsində fəal qeyd edilir. Müqəddəs Valentin Gününü bayram etmək ənənəsi bu ölkədə 20 il əvvəl yaranıb. Bayram «Sevgili Günü» kimi ümumi populyarlıq qazanıb. Bayramın xristian mənşəli olduğunu yalnız yerli mağazaların piştaxtalarını bəzəyən oxatan alyanaq mələklər xatırladır. Ən bahalı dükanların yerləşdiyi İstanbulun Bağdad prospekti Müqəddəs Valentin Günü ərəfəsində əsl hədiyyə «cənnətinə» çevrilir.


30 yaşlı xidmətçi Nilay ərinə hədiyyə seçir: «Türkiyədə «Sevgililər Günü» qırmız rəngə bürünüb. Dükanlarda qırmızı tortlar, qırmızı alt paltarı, yastıqlar, qırmızı qab-qacaq, pərdə satılır. Hamı bir-birinə qırmızı rəngdə nəsə hədiyyə edir. İstəyirəm üzərində sevgi etirafı olan kiçik qırmızı brelok alım. Məncə, pis deyil...»


Piştaxtalarda qadın geyimində qırmızı rəngin çoxluğu dindar kişiləri açıq-aydın razı salmır. Onlar qadınlara qızıl zinət əşyaları hədiyyə etməyə daha həvəslidirlər. «Güyümçü» qızıl bazarları Müqəddəs Valentin Günü ərəfəsində illik gəlirin yarısını qazanırlar. Klassik səhnə: bir dəstə uşaqla evli türk kişisi saatlarla qızıl zinət əşyalarını seçən xanımını gözləyir. Sonra «canım» və ya «həyatım» deyərək, dinməz-söyləməz xanımının seçdiyi hədiyyəyə aylıq maaşından çox hesab ödəyir.


Həyat yoldaşlarını və rəfiqələrini bayram günü türk kişiləri sözün həqiqi mənasında «qızıl yağışı»na tuturlar. Türk qızılı olduqca az keyfiyyətli və ucuzdur. Gənc subay qızlara adətən üzərində ürəkcik olan kiçik üzük bağışlayırlar.


Gənc subay qızlara adətən üzərində ürəkcik olan kiçik üzük bağışlayırlar. Daha yaşlı türk qadınları daha «etibarlı» hədiyyəyə - Atatürkün təsviri olan sikkələrə üstünlük verirlər

Daha yaşlı türk qadınları daha «etibarlı» hədiyyəyə - Atatürkün təsviri olan sikkələrə üstünlük verirlər-maliyyə çətinlikləri yaranan zaman onları rahatca istənilən valyutaya çevirmək olar.


40 yaşlı Ahmet öz sevgilisi üçün boyunbağı seçir: «Sevgililər Günü» qızıl boyunbağı hədiyyə alan qız cəsarətlə nişana hazırlaşa bilər. Bu cür hədiyyə sədaqət və ciddi niyyətlər rəmzidir. Elə bilirəm ki, sevgilim razı qalacaq. Mən onların evinə gedəcək, çay içəcək, valideynləri ilə danışacaq, sonra ona hədiyyə bağışlayacağam. Dəhşətli dərəcədə həyəcanlanıram!...»


Türk gənclərinin rəmzi, türk «valentina»sı-nar çiçəyi sayılır. Çəhrayı nar çiçəyi hədiyyə vazalarını, həmçinin aşiqlərin yaxalarını bəzəyir. Kişi gücünü möhkəmləndirən nar şirəsini isə hər bir türk qəhvəxanasında təklif edirlər.


«Turkish Airlines» şirkəti isə bayram hədiyyəsi kimi fevralın 14-də sevgililərə Avropanın istənilən nöqtəsinə hər ikinci bileti pulsuz təklif edir! «İki nəfərə milyon» populyar teleşousu isə sürpriz-aşiq cütlük üçün Antalyaya səyahət lotereyası keçirir. Türkiyə əhalisinin 60 faizə qədərinin yayda yerli otellərdə istirahət etməyə imkanı çatmır-bütün dünyada tanınan kurort zonaları əsasən varlı avropalı və rusiyalı turistlər üçün hesablanıb.


Səyahəti udan 20 yaşlı Ayşə deyir: «Bu əsl xoşbəxtlikdir! Mən bu günü həmişə xatırlayacağam! Ərim avtoservisdə çalışır, ayda təxminən 600 dollar alır. Biz heç vaxt bahalı oteldə istirahət barədə belə düşünməmişik! Bizim üçün bu, unudulmaz günlər olacaq, haçansa dənizə çıxmaq üçün yeganə şansdır...»


«Ağlamayan iztirabların gücünü və məhəbbətin qüdrətini bilmir!» Türk filosofu Mövlanənin bu sitatı minlərlə sevgi SMS-ləri vasitəsilə sürətlə yayılır... Türklər üçün göz yaşları şəxsi həyatın ayrılmaz hissəsidir. Sevgilini görəndə, köhnə dostları xatırlayanda, sevimli qadınları tərk edəndə ağlayırlar. «Hürriyyət» qəzeti «Sevgililər Günü» ərəfəsində ehtirasların dərəcəsinə görə, hər biri Şekspirin faciələri ilə müqayisə oluna biləcək hekayələr dərc edir.


Jurnalist Ayşə Günəş deyir ki, bəxtsiz sevgi ucbatından gənc türklər ən ağlasığmaz hərəkətlər edirlər: «Bədnam həssaslıq türkləri olduqca tez inciyən edir! Bosfor körpüsü əsl Şekspir ehtiraslarını xatırladan məkana çevrilib-bəxtsiz türk Romeoları ordan suya tullanaraq, intihar edirlər. Yerli kütləvi informasiya vasitələri isə hər belə hadisəni həvəslə işıqlandırırlar. Ötən il valideynlərin uşaqlarına nikah üçün razılıq verməməsi ucbatından 18-20 yaşlarında 23 cavan bu yolla intihar edib...»


Türkiyə şəhərlərində ictimai əxlaqın keşiyində duran xüsusi «mənəviyyat polisi» mövcuddur. Adi vaxtlar küçələrdə qucaqlaşan və öpüşən cütlük görmək sadəcə qeyri-mümkündür. Ancaq, fevralın 14-də türk aşiqləri ehtirasdan nə etdiklərini unudurlar...


Günün bütün mövzuları

XS
SM
MD
LG