Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

İranda partlayışın təşkilində şübhəli bilinən beş nəfər saxlanıb


Fevralın 14-də İranda 11 adamın ölümünə səbəb olan partlayışın təşkilində şübhəli bilinən beş nəfər saxlanıb. Bəzi məlumatlara əsasən, terror aktına görə, məsuliyyəti «Allah Briqadası» adlı ekstremist sünni qrupu üzərinə götürüb.


Partlayıcı qurğu İslam İnqilab Keşikçiləri Korpusunun hərbçilərinin olduğu avtobus yanından keçən zaman işə salınıb.


Partlayış İranın cənubunda, Pakistan və Əfqanıstanla həmsərhəd əyalətin inzibati mərkəzi – Zahedan şəhərində baş verib.


XS
SM
MD
LG