Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:49

Nazirin dediyini əməkdaşı təkzib edir?


Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov

Neftçalada «quş qripi» virusunun tapılması ilə bağlı yayılan məlumatlar yanlışdır. Bunu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəsmisi Yolçu Xanvəli «Azadlıq» Radiosuna bildirib. O, ölkədə «quş qripi» ilə bağlı monitorinqlərin davam etdirildiyini və indiyə kimi də, bu virusla bağlı heç bir halın aşkarlanmadığını deyir: «Fevralın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirlinin əməkdaşları tərəfindən Neftçala rayonunun Boyat kəndində aparılan monitorinq zamanı 8 baş sərçə və 2 baş qarğa cəsədi aşkarlanıb. Bu quşlar bir neçə gün əvvəl öldüyündən onlarda «quş qripi» virusunun olduğunun yoxlanması mümkün olmadığından, həmin cəsədlər yerindəcə yandırılaraq, zərərsizləşdirilib. Bu günə ölkəmdə «quş qripi» ilə bağlı vəziyyət sabitdir. Nə çöl, nə də ev quşlarında virus təsadüf edilməyib».


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də yayılan məlumat öz təsdiqini tapmadı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülşən Hüseynova belə məlumatların ölkədə süni ajiotaj yaratdığını dedi.


Ölkə mediasının verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərlə söhbət zamanı ölkə ərazisində «quş qripi» virusunun olmasını təsdiqləyib. Nazirin sözlərinə görə, H5N1 virusu Neftçala rayonu Boyat kəndi yaxınlığında aşkarlanıb. Nazirliyin əməkdaşlarının ölü quşlardan götürdüyü qanın analizi nəticəsində aydın olub ki, quşların ölməsinə səbəb H5N1 virusudur.


Fevralın 12-dən ölkədə «quş qripi» virusu ilə bağlı monitorinq aparılır. Bu sahədə keçirilən sayca 3-cü monitorinqin hələ bir həftə ərzində davam etdiriləcəyi, nəticələrin isə ən geci fevralın 26-da elan olunacağı bildirilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG