Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:35

Qurbanqulu Berdıməhəmmədov rəsmən Türkmənistanın prezidentidir


Türkmənistanın ikinci prezidenti Qurbanqulu Berdıməhəmmədov

Türkmənistanın ikinci prezidenti Qurbanqulu Berdıməhəmmədov

Fevralın 14-də o, türkmən xalqına və Türkmənistana prezident kimi and içib. Türkmənistanın Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi nəticələrə görə, Berdıməhəmmədov səslərin 89.23 faizinİ toplayaraq Türkmənistan prezidenti seçilib.


Nəticələr elan edildikdən sonra Berdıməhəmmədov prezident kimi and içib. MSK sədri prezidentlik vəsiqəsini ona təqdim edib. Bundan sonra çıxış edən yeni prezident sabiq dövlət başçısı Türkmənbaşının kursuna sadiq qalacaqlarını bir daha vurğulayıb.


«Media Forum» xəbər verir ki, Azərbaycanı inauqurasiya mərasimində baş naziri Artur Rəsizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Aşqabada həmçinin Gürcüstan prezidenti Mixail Saakaşvili, Qazaxıstan prezidenti Nursultan Narzarbayev, Tacikistan prezidenti İmaməli Rəhmanov, Ukrayna prezidenti Viktor Yuşşenko, Əfqanıstan prezidenti Həmid Kərzay, Rusiyanın baş naziri Mixail Fradkov və digərləri iştirak edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG