Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:35

«Şahdəniz» qazının Gürcüstana verilməsində texniki problemlər var


«Şahdəniz» layihəsi - TPG 500 platformasının səmadan görünüşü Foto: BP
«Şahdəniz» layihəsi - TPG 500 platformasının səmadan görünüşü Foto: BP

Sənaye və Energetika naziri Natiq Əliyev deyir ki, Azərbaycanın «Şahdəniz» yatağından Gürcüstana qaz verilməsi üçün siyasi iradə var: «Gürcüstanla Türkiyə öz aralarında razılaşıb, Azərbaycan da buna razılıq verib. Amma Türkiyənin «Şahdəniz»dən aldığı qazın bir hissəsini Gürcüstana verməsi üçün sənədlərdə dəyişiklik olmalıdır. Sənədlərdə dəyişiklik isə maliyyə məsələlərində dəyişikliyə gətirib çıxarır. Nəticədə tərəflərdən biri maliyyə baxımından uduzmalıdır».


Cənab Əliyev deyir ki, ona görə də bu məsələdə hələlik fikir ayrılıqları var. Məsələnin birdəfəlik həll olunması üçün Gürcüstanla Türkiyə razılığa gəlməlidir. Türkiyə əgər öz qazının bir hissəsini Gürcüstana vermək istəyirsə, bunun mexanizmini tapmalıdır. Hələlik belə bir mexanizm müəyyən edilməyib.


Bu ilin yanvar ayından Gürcüstan Azərbaycandan gündə üç milyon kub metr qaz almağa başlayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG