Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:06

Şimali Koreya yanacaq müqabilində nüvə reaktorunu dayandıracaq


Şimali Koreya ordusunun paradı
Şimali Koreya ordusunun paradı

Şimali Koreya iqtisadi yardım müqabilində Yonbendəki nüvə atom reaktorunu dayandırmağa və bir sıra başqa nüvə obyektlərini möhürləməyə razılıq verib. Bu haqda iki Koreya dövləti, Çin, Rusiya, ABŞ və Yaponiyanın iştirakı ilə Pekində keçirilən çoxtərəfli danışıqların nəticəsi kimi qəbul olunan müştərək bəyanatda deyilir.


Razılaşmaya əsasən, Pxenyan 60 gün ərzində Yonbendəki nüvə reaktorunu dayandırmalı və obyektə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) müfəttişlərini buraxmalıdır. Kompensasiya kimi, Şimali Koreya 50 min ton mazut alacaq. Gələcəkdə razılaşmanın başqa bəndləri icra olunduqca, daha 950 min ton yanacaq və ya bu məbləğdə digər iqtisadi yardım veriləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG