Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:40

«Azal» bir çox istiqamətlər üzrə aviabiletlərin qiymətini artırıb


Qiymət artımı Moskvaya və Kiyevə uçuşlara da şamil edilib

Qiymət artımı Moskvaya və Kiyevə uçuşlara da şamil edilib

«Azal» Dövlət Konserni aviabiletlərin qiymətini artırıb. İndi Dubaya bilet əvvəlkindən 35 dollar baha, təqribən 450 dollar olub. Qiymət artımı Moskvaya və Kiyevə uçuşlara da şamil edilib. «Azal»ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir ki, «artıma səbəb rəqabətdir, ona uyğun olaraq, biletlərin qiyməti artırılıb-azaldılır. Eyni zamanda təhlükəsizlik xidməti də gücləndirildiyindən, qiymətlər artıb». Cənab Səfərli deyir ki, digər istiqamətlərdə uçuşlar üçün bilet qiymətinin artımı hələlik gözlənilmir.


Digər reyslərə qiymətlər artdığı halda, Urumçiyə bilet 32 dollar ucuzlaşıb. Urumçiyə bir tərəfli reysin qiyməti 289 dollardır.


Günün bütün mövzuları

XS
SM
MD
LG