Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:56

Ömrü uzada bilən preparatlar hazırlanır


Tədqiqatçılar sirtuinlərin fəaliyyətini stimullaşdıra bilən maddələr axtarırlar
Tədqiqatçılar sirtuinlərin fəaliyyətini stimullaşdıra bilən maddələr axtarırlar

ABŞ-ın Vistar İnstitutunun alimləri ömrü uzada bilən maddənin aktivliyini artırmağın yeni strategiyasını təklif edirlər. Son illər maya, soxulcan və meyvə milçəklərinin (drozofillər) ömrünü uzada bilən sirtuinlər adlı fermentlər fəsiləsi aşkarlanıb. Onlar həmçinin, maddə mübadiləsindəki yaş pozuntularını, o cümlədən, köklük və şəkər diabetini qaydaya sala bilərlər. Sirtuinlərin işləməyə başlaması üçün onları fəallaşdırmaq lazımdır, bunun üçün isə məsələn, qırmızı çaxırda rast gəlinən resveratrol lazımdır. Amma bu cür effekt almaq üçün çox içmək lazım olacaq.


Bir çox tədqiqatçılar sirtuinlərin fəaliyyətini stimullaşdıra bilən maddələr axtarırlar. Struktur biologiyasının metodlarından istifadə edərək Vistar İnstitutunun alimləri aşkarlayıblar ki, adi B3 vitamininin niasin kimi də tanınan komponenti sirtuinlərin molekulunda müəyyən sahə ilə birləşib, onların fəaliyyətini dayandırır. Bu o deməkdir ki, mane olan komponentin fəaliyyətini neytrallaşdırıb sirtuinlərin lazımi fəaliyyətini aktivləşdirən preparat hazırlamaq mümkündür. Tədqiqatın müəllifi Ronen Marmorsteyn deyir: «Bizim nəticələr sirtuinləri fəallaşdıran preparatların yaradılmasının yeni yolunu təklif edir». Cənab Marmorsteyn deyir ki, onu həm də köklük və ikinci dərəcəli şəkər diabeti kimi yaş problemlərinin qarşısının alınmasının mümkünlüyü də maraqlandırır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG