Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:34

Ərəblər daha çox Fransanı fövqəldövlət görmək istəyir


Ən çox ehtiram bəslənməyən liderlər siyahısına Corc Buş rəhbərlik edir

Ən çox ehtiram bəslənməyən liderlər siyahısına Corc Buş rəhbərlik edir

Amerikanın Brukinqs İnstitutu beş ərəb ölkəsi – Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərinin sakinləri arasında aparılan sorğunun nəticələrinin açıqlayıb. Ərəblərin yeganə dünya fövqəldövləti görmək istədiyi ölkələr sırasında Rusiya 6-cı yeri tutub. Bu haqda «Washington Profıle» yazır.


Sorğuya əsasən, ərəblərin 19 faizi Fransanı, 16 faizi Çini, 14 faizi Pakistanı, 10 faizi Almaniyanı, 8 faizi ABŞ-ı, 7 faizi Rusiyanı, 6 faizi isə Böyük Britaniyanı qlobalı fövqəldövlət görmək istərdilər.


Ərəb ölkələrinin sakinlərinin yaşamaq, təhsil almaq və ya öz övladları və qohumlarını oxutmaq istədikləri ölkələr siyahısında Rusiya sonuncu olub. Birinci və ikinci yeri Fransa (33 faiz) və Almaniya (19 faiz) tutub.


Rəyi soruşulan ərəblərin fikrincə, onlara ən böyük təhlükə törədən üç ölkə - İsrail (79 faiz), ABŞ (74 faiz) və İrandır (6 faiz). (Rəyi soruşulanlar iki cavab variantı seçə bilərdilər, ona görə ümumi nəticə 100 faizdən çoxdur).


Respondentlərin 57 faizi ABŞ-a olduqca mənfi yanaşır. Əksəriyyət hesab edir ki, İraq müharibəsi terrorizm, beynəlxalq təhlükəsizliyə dair vəziyyəti pisləşdirib, iraqlılar isə Səddam Hüseyn dövründəkindən daha pis yaşayırlar. Rəyi soruşulanların 17 faizi düşünür ki, prezident Buşun Yaxın Şərq kampaniyasının əsas məqsədi xristianlığı yaymaqdır.


Ərəblərin ən çox hörmət bəslədiyi dörd əcnəbi ölkə liderləri sırasına Livanın «Hizbulla» terror təşkilatının rəhbəri şeyx Həsən Nəsrulla (böyük fərqlə birinci yeri tutub), Fransa prezidenti Jak Şirak, İran prezidenti Mahmud Əhmədinejad və Venesuela prezidenti Uqo Çaves daxildir.


Ən çox ehtiram bəslənməyən liderlər siyahısına isə ABŞ prezidenti Corc Buş (böyük fərqlə), İsrailin keçmiş Baş naziri Ariel Şaron, İsrailin hökumətinin hazırkı başçısı Ehud Olmert və Böyük Britaniyanın Baş naziri Toni Bler rəhbərlik edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG