Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12

İlham Əliyev: «Mən bilirəm ki, ədalətsizliklər var»


Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının üç illiyinə həsr olunmuş tədbir, Bakı, 13 fevral 2007

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının üç illiyinə həsr olunmuş tədbir, Bakı, 13 fevral 2007

«Biz hüquqi dövlət qururuq, təəssüf ki, tam qurub qurtara bilməmişik. Ölkədə bəzi hallarda sosial ədalət pozulur və bu məni çox narahat edir. Biznes sahəsinə qeyri-qanuni müdaxilələr olur. Mən bilirəm ki, ədalətsizliklər var. Mənə ünvanlanan bütün şikayətlərin hamısı gəlib çatır»-bu fikirləri prezident İlham Əliyev bildirib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının üç illiyinə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı ölkədəki problemlərin bir hissəsinin sovet dövründən qaldığını bildirib: «Onların aradan qaldırılmasına çalışırıq. Bu çətindir, bəzi hallarda müqavimətlər də olur. Biz çalışırıq bütün bu problemləri həll edək».


Prezident deyib ki, dövlət proqramı qəbul ediləndən sonra keçən üç ildə görülən işlər həm təhlil edilməli, həm də qüsurlar haqqında danışılmalıdır: «Bildiyimə görə, regionların inkişafı proqramında bəzi məsələlər həll olunmamış qalır, bunun öz səbəbləri var. Həmin problemlər müntəzəm olaraq aradan qaldırılır».


2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı Azərbaycanın regionlarındakı yeni infrastrukturun yaradılması və inkişafının nəzərdə tutur. Proqram qəbul edildikdən sonra prezident ölkənin 44 şəhər və rayonuna səfər edib, 4 dəfə Naxçıvan Muxtar Respublikasında olub. Proqramla bağlı 8 xüsusi sərəncam imzalanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG