Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:42

Kanadada yaşayan gənc azərbaycanlı aktyor təzə filmə çəkilir


Aktyor Elxan Babazadə
Aktyor Elxan Babazadə

Kanadada yaşayan gənc azərbaycanlı aktyor Elxan Babazadə İtaliya rejissoru Klaudio DeSantisin mafiya haqqında «The House Table» adlı filmində çəkilir. Deyir ki, bu filmdə mənfi adamın rolunu oynayır. Cənab Babazadənin dediyinə görə, mənfi rolları oynamaq onun xoşuna gəlir: «Mənfi adamın məntiqini anlamaq, onun roluna girmək mənim üçün maraqlıdır».


O, Türkiyədə anadan olub, üç yaşında valideynləri ilə Kanadaya köçüb. Valideynləri İrandandılar. Torontoda fransız məktəbini bitirib, sonra isə İncəsənət Kollecində aktyorluq üzrə təhsil alıb.


Azərbaycan şairlərinin əsərləri Ukrayna dilində


«Azərbaycan poeziyasının antologiyası» kitabı Ukrayna dilinə tərcümə edilib. İki cilddə çap olunan kitabın təqdimat mərasimi yanvarın 31-də Taras Şevçenko adına Kiyev Dövlət Universitetində keçirilib. Kitabı Ukrayna dilinə ukraynalı azərbaycanşünas Mikola Miroşniçenko tərcümə edib. Təqdimat mərasimini Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyası təşkil edib. Assambleyanın rəhbəri, türkoloq Fərhad Turanlı deyir ki, kitaba 12-ci ərsrdən başlayaraq bugünədək Azərbaycanın ən məşhur şairlərinin şeirləri daxil edilib.


Türkel Fondu Bişkəkdə ağsaqqallarla gənclərin görüşünü keçirib


Bişkəkdə türkdilli xalqların Türkel Fondunun və «Türkel» qəzetinin təşəbbüsü ilə ağsaqqalların gənclərlə görüşü keçirilib. Tədbirdə Qırğızıstanda yaşayan müxtəlif xalqları təmsil edən tanınmış ağsaqqallar iştirak ediblər. Fondun prezidenti Hökumə Xəlilova deyir ki, belə tədbirlər Azərbaycan adət-ənənələrinin qorunması, gənclərin böyüklərə hörmət ruhunda tərbiyə olunması məqsədilə keçirilir.


Bir qrup alim və hüquqşünas Azərbaycana gələcək


Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası iki ölkə arasında əməkdaşlığın inkişafı üçün layihəyə başlayıb. Bu layihəyə görə, bir qrup kanadalı alim və hüquqşünas bu ilin yazında Azərbaycana səfər edəcək. Assosiasiyanın rəhbəri İlham Axundov deyir ki, onun rəhbərlik etdiyi qurum müntəzəm olaraq Kanada hökumətinə müxtəlif layihələrlə müraciət edir. Cənab Axundov bildirir ki, səfərin məqsədi Azərbaycanda aparılan siyasi, iqtisadi və hüququ islahatlarla yaxından tanış olmaqdır. Layihə çərçivəsində bölgələrdəki kiçik biznes strukturlarının rəhbərlərinə treninqlərin keçirilməsi də nəzərdə tutulub.


XS
SM
MD
LG