Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:03

ABŞ Müdafiə nazirinin rəsmiləri Azərbaycanda səfərdədir


ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşaviri Piter Rodmənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fevralın 11-də Azərbaycana gəlmiş nümayəndə heyətinin tərkibində ABŞ Müdafiə nazirinin müşavirinin siyasi-hərbi məsələlər üzə müavini Maykl Kolter, ABŞ Müdafiə naziri müşavirinin Avrasiya üzrə müavini Maykl Duqal da var. Nümayəndə heyəti Müdafiə və Xarici İşlər nazirlikləri də daxil olmaqla, bir sıra rəsmilərlə görüşlər keçiriblər. Nümayəndə heyətinin səfəri fevralın 12-də başa çatacaq.
Piter Rodman ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik strategiyası və siyasətinin formalaşdırılması və koordinasiyası, Avropa və NATO, Avrasiya, Yaxın Şərq və Afrika üzrə məsuliyyət daşıyan müşaviridir. Rodmanın başçılıq etdiyi nümayəndə heyətinin görüşləri təhlükəsizlik tərəfdaşlığı və hərbi əməkdaşlığı müzakirə etməklə yanaşı, terrorizmə qarşı əməkdaşlıq, İraq və Əfqanıstanda koalisiya səyləri və regional təhlükəsizliyi də əhatə edib.


XS
SM
MD
LG