Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

«Ermənistan Dəmiryolu» siyasi qərardan asılı qalıb


Rəsmi məlumatlara görə, ötən il «Ermənistan Dəmiryolu» cəmi 2,73 milyon ton yük daşıyıb

Rəsmi məlumatlara görə, ötən il «Ermənistan Dəmiryolu» cəmi 2,73 milyon ton yük daşıyıb

Bu ilin oktyabrında Ermənistan hökuməti «Ermənistan Dəmiryolu»nun 40 illiyə xarici investora və ya dəmiryol administrasiyasına verilməsi haqda qərar qəbul edib. Nəqliyyat və rabitə naziri Andranik Manukyan bildirib ki, bununla bağlı beynəlxalq tender 2007-ci ilin sonunda keçirilməlidir.


«Beynəlxalq tenderdə iştirak məsələsinə Rusiyanın Dəmiryol İdarəsinin rəhbərliyi də müzakirə etməyə hazırdır»-bunu MDB-nin dəmiryol idarələri rəhbərlərinin Yerevanda keçirilən 44-cü toplantısında Rusiya Dəmiryolunun prezidentin Vladimir Yakunin deyib. Onun sözlərinə görə, qəti qərarı Rusiya Dəmiryolu və hökumət verməlidir.


«Ermənistan Dəmiryolu»nun direktoru Ararat Xrimyan hələ ötən ilin oktyabrında etiraf edib ki, şəxsən o, Rusiyanın bu tenderdə iştirakını və qələbə çalmasını istəyir. Ümumdünya Bankının məlumatına görə, yaxın 15 ildə Ermənistan dəmiryoluna 170-180 milyon dollar investisiya qoyulmalıdır. Ararat Xrimyan bildirir ki, Ermənistanın dəmiryolu çox pis vəziyyətdədir. Onun müavini Vaaq Karaqezyan dərmiryolun perspektivlərinə inanır: «Sovet vaxtında dəmiryolunun 20 milyon ton yük daşımaq qabiliyyəti vardı. Araşdırmalar göstərir ki, zərurət yaranarsa Ermənistan dəmiryolu yenə də bir o qədər yük daşımaq imkanına malikdir. Biz dəmiryolu ilə bağlı texniki resurslar kimi, kadrları da qoruyub saxlaya bilmişik». Vaaq Karaqezyanın sözlərinə görə, ötən il «Ermənistan Dəmiryolu» 2,73 milyon ton yük daşıyıb, iki il öncə isə həmin yükün həcmi 2,6 milyon ton olubmuş. «Bütün ölkə kimi dəmiryolu da blokadadadır. Beş istiqamətdən yalnız biri-Gürcüstan üzrə qatarlar hərəkət edir. Ermənistan qatarları Gürcüstanın Poti və Batumi limanları istiqamətində işləyir, oradan da bərəylə Ukraynaya keçir. Məhz bu istiqamət yük daşımalarının həcmini artırır. Təbii ki, yükdaşımaları tranzit daşımaları hesabına artacaq, çünki, biz bu gün Ermənistanda yük axınını təmin edə bilərik. Düzdür, tranzit daşımalar hələlik mümkün deyil, amma siyasi qərar olarsa, əmin edirəm ki, «Ermənistan Dəmiryolu»nun kollektivi qarşıya qoyulan tapşırığı yerinə yetirməyə hazırdır».


Yeri gəlmişkən, Nəqliyyat Daşımaları Assosasiyasının sədri Anna Dianielyan deyir ki, dəmir yolu ciddi islahatlara möhtacdır: «Birinci problem yük daşıyanlar və dəmiryolu arasındakı münasibətlərlə bağlıdır, informasiya mərkəzinin yoxluğundadır. İkincisi, «Ermənistan dəmiryolu»nun şəffaf olmamasıdır. Və üçüncüsü, aydın deyil ki, dəmiryolunda niyə bütün hesablamaları dollarla aparır».


Vaqa Karaqezyan isə son illər «Ermənistan Dəmiryolu»nun gəlirli idarəyə çevrildiyini deyir. Ötən il idarənin gəliri 300 milyon dram təşkil edib: «2000-ci ildən başlayaraq Ermənistan dəmiryolu gəlirlə işləyir. Əlbəttə, söhbət yükdaşımalardan gedir, bütün dünyada olduğu kimi sərnişin daşımalar itkilər hesabına başa gəlir».


Bununla belə, direktor müavini deyir ki, ötən il 655 min sərnişin daşıyıblar, onlardan 26,5 mini Gürcüstan vasitəsilə xaricə gedib. Xaricə gedənlər də əsasən yayda Batumidə dincəlməyə gedən erməni turistlərdir. Vaaq Karaqezyan deyir ki, Qara dəniz sahillərinə gedən erməniləri təkcə rahatlıq və dəmiryolunun təhlükəsizliyi cəlb etmir, həm də biletin ucuz olması, 50 dollara başa gəlməsi cəlb edir. «Ermənistan Dəmiryolu» bu il həmin sərnişinlərin sayının artacağını gözləyir.


Ermənistanın başlıca problemi odur ki, tranzit ölkə deyil, dəmir yolu da Gürcüstandan savayı başqa ölkələrdən keçmir. Fevralın 7-də parlamentdə deputatlardan birinin «Gürcüstanda Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolunun tikintisi haqda müqavilənin imzalanması Ermənistanın təcrid olunması kimi qiymətləndirilə bilərmi» sualına xarici işlər naziri Vartan Oskanyan belə cavab verib: «Bu məsələyə çox da emosional yanaşmaq lazım deyil. Bu gün həmin layihənin reallaşmasına o halda əngəl yaratmaq olardı ki, Ermənistan Dağlıq Qarabağ məsələsində mümkünsüz güzəştlərə getsin. Buna görə də Tbilisidə baş verənləri təmiz vicdanla, emosiyasız izləyə bilərik».


Vaaq Karaqezyan isə hesab edir ki, siyasi qərar olarsa Gümri-Qars xəttinin işə düşməsi mümkündür: «Ən real, fəaliyyətə hazır Gümri-Qars istiqamətində xəttin işə düşməsi olardı, beləliklə, Ermənistanla Türkiyə dəmiryolu birləşərdi. Siyasi qərar qəbul olunandan bir həftə içində yük daşımaları bərpa oluna bilər».


Ermənistanın Türkiyə və Azərbaycanla siyasi problemləri olduğundan nəqliyyat blokadasından çıxa bilmirsə, İranla buna bənzər problemləri yoxdur. Ermənistanın keçmiş nəqliyyat naziri Henrix Koçinyan əmindir ki, hökumət tranzit məsələsini hələ 90-cı illərin ortasında həll etməyə cəhd göstərib. Hərçənd İranla dəmiryolunun tikintisi baş tutmayıb, səbəb də layihənin çox baha olması, bir milyard dollara başa gəlməsidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG