Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

«Quş qripi» ilə bağlı növbəti monitorinq başlayıb


Monitorinq fevralın 16-dək davam edəcək

Monitorinq fevralın 16-dək davam edəcək

Fevralın 12-də «quş qripi» ilə bağlı növbəti monitorinq başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəsmisi Yolçu Xanvəli deyir ki, monitorinqlər Abşeron Milli Parkında, Salyan və Ağcabədi rayonlarında və Lənkəran rayonundakı «Qızılağac» Dövlət Qoruğunda aparılacaq. Monitorinqləri Dövlət Baytarlıq Xidməti, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Ovçular Birliyi həyata keçirir.


Monitorinq fevralın 16-dək davam edəcək. Nəticələrin isə fevralın 26-dək elan olunacağı gözlənilir.


Bu, 2007-ci ildə ölkə ərazisində «quş qripi» ilə bağlı keçirilən sayca üçüncü monitorinqdir. Bundan öncə də köçəri quşların müvəqqəti məskunlaşdıqları ərazilərdə monitorinqlər keçirilib. Monitorinqlər zamanı Respublika Baytarlıq Laboratoriyası üç minə yaxın ev və çöl quşlarının müxtəlif nümunələri üzərində müayinələr aparıb. Götürülən nümunələrin heç birində «quş qripi» xəstəliyinin daşıyıcısı aşkarlanmayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG