Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Dəmiryolunda və şəhərdaxili elektrik qatarlarında qiymətlər arta bilər


Nəqliyyat Nazirliyindən bildirilər ki, qiymətlərin bahalaşması keyfiyyətin yüksəlməsinə təsir göstərəcək

Nəqliyyat Nazirliyindən bildirilər ki, qiymətlərin bahalaşması keyfiyyətin yüksəlməsinə təsir göstərəcək

Yaxın aylarda sərnişindaşımada, yəni şəhərdaxili və şəhərlər arası marşrutlarda qiymətlərin yenidə artırılması gözlənilmir. Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov «Azadlıq» radiosuna müsahibəsində belə deyib. Namiq Həsənovun sözlərinə görə, yalnız yüklərin daşınması ilə bağlı dəmiryolunda və şəhərdaxili elektrik qatarlarında qiymətlər arta bilər: «Nə qədər artacaq bilinmir. Amma, qiymət artımında əhalinin aşağı təbəqəsi nəzərə alınacaq».


Namiq Həsənov deyir ki, qiymətlərin bahalaşması keyfiyyətin də yüksəlməsinə təsir göstərəcək. Mart ayının sonunadək Koreyadan Devo markalı iritutumlu avtobuslar gətiriləcək. Yeni avtobuslar təkcə paytaxtda yox, rayonlararası sərnişindaşımada da istifadə olunacaq: «Həmin avtobuslar hər gün texniki baxışdan keçiriləcək. Keyfiyyətli xidmət göstərmək üçün bu avtobuslar da tez-tez dəyişdiriləcək».


Sərnişinlər bundan sonra 564-17-80 nömrəli telefona zəng etməklə öz şikayətləri və təkliflərini nazirliklə də bölüşə biləcəklər. Qaynar xəttə daxil olan bütün zənglər nazirliyin müvafiq işçiləri tərəfindən araşdırılacaq. Sərnişindaşıma üçün müəyyənləşdirilmiş yeni taariflər fevralın 12-dən qüvvəyə minir.


XS
SM
MD
LG