Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:54

Pentaqon rəhbəri NATO-nu Rusiya ilə əməkdaşlığa çağırır


ABŞ-ın Müdafiə naziri Robert Qeyts NATO ölkələrini beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində Rusiyayla əməkdaşlıq etməyə çağırıb.


Münhen konfransında çıxışı zamanı Pentaqon rəhbəri deyib ki, bir «soyuq müharibə» kifayətdir. Cənab Qeyts həmçinin əlavə edib ki, Moskva NATO-nun şərqə doğru genişlənməsindən qorxmamalıdır.


Rusiya prezidenti Vladimir Putin Münhendəki çıxışı zamanı NATO-nun genişlənməsini qarşılıqlı etimadı azaldan təhrikçi faktor adlandırıb və Birləşmiş Ştatları birqütblü dünya modeli yaratmaqda ittiham edib


Günün bütün mövzuları

XS
SM
MD
LG