Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

Barak Obama ABŞ prezidentliyinə namizədliyini irəli sürdü



Amerikalı senator Barak Obama Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq uğrunda mübarizəyə başlayıb.


İllinoys ştatında çıxışı zamanı Obama prezident Corc Buş administrasiyasının fəaliyyətini, o cümlədən İraq siyasətini sərt tənqid edib.


Cənab Obama Demokrat Partiyasından başqa namizəd -- senator Hillari Klintonun əsas rəqiblərindən biri sayılır. Amma analitiklərin fikrincə, xanım Klintonun şansı daha yüksəkdir.


İllinoys ştatından olan 46 yaşlı senator Barak Obama seçiləcəyi halda ABŞ-ın ilk qaradərili prezidenti olacaq.


XS
SM
MD
LG