Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

Rusiyadan azərbaycanlıların kütləvi deportasiyası qeydə alınmayıb


Rusiyanın ayrı-ayrı vilayətlərindən azərbaycanlıların kütləvi çıxarılması haqqında yayılan məlumatlar təsdiqlənmir. Bunu «Azadlıq» radiosuna Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin rəhbəri Elşad Miraləm deyib.



O bildirib ki, Rusiyada miqrasiya haqqında yeni qanun qüvvəyə minəndən sonra bu ölkədə ticarətlə məşğul olan azərbaycanlıların kütləvi deportasiyası qeydə alınmayıb. İlk günlər azərbaycanlılar sənədlərin hazırlanması zamanı bəzi çətinliklərlə üzləşiblər. Ancaq Azərbaycan rəsmilərinin Moskvaya səfərləri mövcud problemləri tədricən aradan qaldırmaqdadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG