Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01

Putin təkqütblü dünyanı yolverilməz sayır


Vladimir Putin: «Rusiyanın demokratiya dərslərinə ehtiyacı yoxdur»

Vladimir Putin: «Rusiyanın demokratiya dərslərinə ehtiyacı yoxdur»

«Birləşmiş Ştatlar, Qərb dünyaya öz iradəsini sırıyır, dünyanı təkqütblü edirlər».


Bunu Münhendə beynəlxalq təhlükəsizlik konfransında Rusiya prezidenti Vladimir Putin deyib. Cənab Putinə görə, Birləşmiş Ştatların beynəlxalq təhlükəsizliyə dair siyasəti dünyanı daha təhlükəli edib.


Putin kəskin danışıb, deyib ki, belə təkqütblü dünyanın demokratiya ilə heç bir əlaqəsi yoxdur, qəbuledilməzdir.


Vladimir Putinin bildirdiyinə görə, hərbi gücdən son anda istifadə olunmalıdır, özü də yalnız BMT-nin icazəsi ilə. BMT-ni Avropa Birliyi, yaxud NATO əvəzləyə bilməz.


Vladimir Putin deyib ki, beynəlxalq ictimaiyyət Kosovo münaqişəsini məcburən həll etməməlidir. Əgər Kosovonun statusuna dair planı həm Serbiya hökuməti, həm də Kosovo albanları qəbul etməsə, Təhlükəsizlik Şurasının veto hüquqlu üzvü kimi Rusiya bu plana qarşı çıxacaq.


Vladimir Putin həm də bildirib ki, Rusiyanın demokratiya dərslərinə ehtiyacı yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG