Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:46

Serblər və albanlar BMT planına etiraz edirlər


Serblərlə albanlar arasında danışıqlar fevralın 21-də başlanmalıdır

Serblərlə albanlar arasında danışıqlar fevralın 21-də başlanmalıdır

Fevralın 9-da Kosovonun şimalında – Kosovska Mitrovitsa şəhərində minlərlə serb nümayişə çıxaraq, əyalətin gələcək statusu ilə bağlı BMT-nin planına etiraz bildiriblər.


Nümayişçilər əyalətin müstəqilliyinə qarşı şüarlar səsləndirib, Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında bu plana veto qoymağa çağırıblar.



Fevralın 10-da isə minlərlə Kosovo albanı muxtar vilayətin paytaxtı – Priştinada yürüş keçirərək Serbiyadan tam müstəqillik tələb ediblər.


«Reuters» agentliyi xəbər verir ki, BMT nümayəndəliyinə aparan yolu kəsən polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.



Əyalətin statusu ilə bağlı serblərlə albanlar arasında danışıqlar fevralın 21-də başlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG