Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:19

ADP-dəki müzakirələrin sonunda hakimiyyətlə dialoqa üstünlük verilib


ADP Mərkəzi Nəzarət Təftiş Komissiyası Ali Məclisin sədri Akif Şahbazovun imzaladığı sərəncamı ləğv edib. Komissiya partiyanın 27 yanvar qərarının qüvvədə qalması və kimsə tərəfindən ləğv edilməsinin yolverilməz olduğu barədə qərar qəbul edib. Akif Şahbazov bu qərarın qəbulunda məqsədli məqamların olduğunu deyir. Onun sözlərinə görə, Mərkəzi Nəzarət Təftiş Komissiyası sərəncamın ləğvilə bağlı nizamnaməyə uyğun olmayan qərar çıxarıb. ADP sədrinin müavini Sərdar Cəlaloğlu isə deyir ki, Şahbazovun məsuliyyət məsələsinə fevralın 12-də baxılacaq.


Partiyanın siyasi böhran yaşadığını deyən Akif Şahbazova görə isə, bu gün də, bundan sonra da keçirilən istənilən tədbirin hər hansı hüququ əsası yoxdur.


Bu il yanvarın 27-də ADP Ali Məclisi partiyanın siyasi kursunu dəyişərək, hakimiyyətə konstruktiv mövqe tutmaq barədə qərar qəbul edib. Ardınca isə ADP sədrinin müavini Sərdar Cəlaloğlu prezident İlham Əliyevə məktubla müraciət edərək, siyasi dialoqa hazır olduqlarını bəyan edib. Fevralın 7-də isə ADP Ali Məclisinin sədri Akif Şahbazov partiyanın siyasi kursunu dəyişməsi ilə bağlı qərarının ləğv edildiyini və prezidentə ünvanlanan məktubun hüquqi qüvvəsinin olmadığını bildirib.


XS
SM
MD
LG