Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

Müsavat Partiyası mitinqlərin keçirilməsi üçün meydanların artırılmasını istəyir


Müsavat Partiyası mitinqlərin keçirilməsi üçün meydanların artırılmasını istəyir. Partiya bu təkliflə fevralın 9-da Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Partiyanın Mətbuat Xidmətinin rəhbəri Mehman Cavadoğlu deyir ki, BŞİH kütləvi aksiyalar keçirilməsi üçün yalnız dörd meydan təyin edib. Müsavat Partiyası isə paytaxtın səkkiz rayonundakı müxtəlif meydanlarda mitinqlər keçirilməsi üçün müzakirələr aparılmasını təklif edir.


Cənab Cavadoğlu deyir ki, müraciətin sürəti ATƏT-in Bakı Ofisinə və Avropa Birliyinin Azərbaycan təmsilçiliyinə də göndərilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG