Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:17

«Kapital Bank»ın dövlətsizləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalanıb


Prezident İlham Əliyev fevralın 9-da «Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətsizləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, «Kapital Bank» ASC-nin nizamnamə kapitalının artırılması məqsədi ilə yeni emissiya olunmuş səhmlərinin (səhm zərfinin) satışı, beş bərabər hissəyə bölünməklə, hərrac vasitəsilə (müsabiqə formasında) həyata keçirilsin. Həmin səhmlərin satışından əldə olunan pul vəsaiti «Kapital Bank» ASC-nin nizamnamə kapitalına yönəldilsin.


Sərəncamla Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılır ki, Maliyyə Nazirliyi və Milli Bankla birlikdə cəlb edilmiş məsləhətçi şirkətin təklifləri və «Banklar haqqında» qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadi maraqlarına cavab verən alıcıların seçilməsi üçün müsabiqənin meyarlarını və şərtlərini müəyyən etsin və müəyyən edilmiş meyarlar və şərtlər əsasında səhm zərfinin satışını həyata keçirsin.


Günün bütün mövzuları

XS
SM
MD
LG