Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:36

Qoran Lenmarker: «2007-ci il Qarabağ münaqişəsinin həll ili ola bilər»


Cənab Lenmarker danışıqları Minsk Qrupu çərçivəsində davam etdirməyin zəruri olduğunu bildirir

Cənab Lenmarker danışıqları Minsk Qrupu çərçivəsində davam etdirməyin zəruri olduğunu bildirir

2007-ci il Qarabağ münaqişəsinin həll ili ola bilər. Bunu ATƏT-in Parlament Assambleyasının sədri və qurumun Qarabağ münaqişəsi üzrə xüsusi məruzəçisi Qoran Lenmarker deyir. O, bu qənaətə Cənubi Qafqazın hər üç ölkəsinə səfər etdikdən sonra gəlib. Cənab Lenmarker danışıqları Minsk Qrupu çərçivəsində davam etdirməyin də zəruri olduğunu bildirir. Lakin bir neçə ay müddətinə - Ermənistanda parlament seçkiləri bitənə kimi danışıqların davam etdirilməsində də durğunluğun yarana biləcəyini istisna etmir.


Qoran Lenmarker «Azadlıq» radiosuna müsahibəsində Ermənistan rəsmilərinin Azərbaycanın sülh danışıqlarını istəmədiyi iddiasına cavab olaraq, hər iki tərəfin münaqişənin həllində maraqlı olduğunu, əks təqdirdə, bu danışıqları aparmağın mənasız olduğunu deyib: «Biz bu münaqişəni daim müzakirə edə-edə davam edə bilmərik. İndi bu işğalı durdurmaq, iki ölkə arasında sülh münasibətlərini qurmaq vaxtıdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG