Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Özəlləşdirmədən dövlət büdcəsinə 1 trilyon köhnə manatdan artıq vəsait daxil olub


Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən ötən il dövlət büdcəsinə 2,9 milyon manat vəsait ödənilib. 66 təşkilat 128 min kv.m bina və 11 hektar torpaq sahəsilə təmin edilib. Bunu jurnalistlərlə söhbətində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.


Özəlləşdirmə başlanandan indiyə qədər isə 33 mindən artıq kiçik müəssisə və obyekt özəlləşdirilib, 600-ə yaxın səhmdar cəmiyyət yaradılıb. Özəlləşdirilmə prosesindən dövlət büdcəsinə 1 trilyon köhnə manatdan artıq vəsait daxil olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG