Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:03

Rəsmi səviyyədə prezidentlik müddətinin artırılması təklifi səsləndi


Prezident Aparatından müraciətlərin müxtəlif təbəqələrdən gəldiyi bildirilir

Prezident Aparatından müraciətlərin müxtəlif təbəqələrdən gəldiyi bildirilir

«Ötən il ərzində vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlərdə müxtəlif məsələlər barədə təklif və arzular bildirilmişdir. Bunların əksəriyyətində vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verərək onu daim dövlət başçısı vəzifəsində görmək istədiklərini bildirir, prezidentlik müddətinin 5 ildən ən azı 7 ilədək uzadılmasını təklif edirlər».


Bu fikirləri Prezidentin İcra Aparatının Sənədlər və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılov Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetində dərc etdirdiyi məqaləsində yazıb. Fevralın 9-da çap olunan «Tariximizin yeni mərhələsi və vətəndaşların müraciətlərinə yeni münasibət» adlı məqaləsində şöbə müdiri belə müraciətlərin müxtəlif təbəqələrdən gəldiyini bildirib.


Ötən il hakimiyyətin siyasi kursunu müdafiə edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da prezidentlik müddətinin 7 ilə artırılmasını, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Eldar İbrahimov isə prezidentin müddətsiz seçilməsini təklif etmişdi. O zaman müxalifət partiyalarının əksəriyyəti bu təklifi qeyri-ciddi adlandıraraq, bunun ölkənin konstitusion quruluşuna zidd olduğunu bildirirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG