Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:31

İTV Müsavatın müraciətinə mənfi cavab verib


İctimai Televiziya və Radio Yayımları Şirkəti Müsavat Partiyasının efir vaxtı ayrılması ilə bağlı müraciətinə mənfi cavab verib. Qərar şirkətin Direktorlar Şurasının iclasında qəbul edilib. İTV-nin internet səhifəsində yerləşdirilən məlumata görə, xüsusi efir vaxtının ayrılması ilə bağlı bir çox təşkilatlardan analoji müraciətlər olunsa da, bu müraciətlərin reallaşması ictimai yayım xidmətinin müəyyən prinsiplərinə zidd olduğu üçün mümkün olmamışdır.


Cavab məktubunda o da bildirilir ki, ictimai yayım xidmətindən bütün təşkilatlar bərabər istifadə hüququna malikdirlər, amma respublikada qeydiyyatdan keçmiş 50 siyasi partiyanın və 2300-dən çox QHT-nin hər birinə ayrıca efir vaxtının ayrılması mümkünsüzdür.
Müsavat Partiyası Mətbuat Xidmətinin rəhbəri Mehman Cavadoğlu isə televiziyanın arqumentləri ilə razı olmadığını bildirib.


Müsavat Partiyası yanvarın 30-da həftədə bir saat efir vaxtının ayrılması üçün İTV və Azərbaycan televiziyasına rəsmi müraciət etmişdi. Azərbaycan televiziyasından isə hələ ki, sözügedən partiyanın müraciətinə hər hansı cavab verilməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG