Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:21

«Nokia» ilk mobil TV-telefonu təqdim edəcək


«Mobil televiziyası kütləvi bazar məhsuluna çevriləcək»

«Mobil televiziyası kütləvi bazar məhsuluna çevriləcək»

Gələn həftə İspaniyanın Barselona şəhərində keçiriləcək mobil texnologiyalar sərgisində «Nokia» orta qiymət seqmentinə aid ilk mobil TV-telefonu təqdim edəcək. Bu haqda şirkətə yaxın mənbələr məlumat verib. Sərfəli TV-telefonların çatışmazlığı dünya mobil TV xidmətləri bazarının inkişafını məhdudlaşdırırdı. Mövcud modellər bu vaxtadək mobil telefonların ən bahalı növlərindən biri idi.


Mənbələrdən birinin bildirdiyinə görə, telefon N7X seriyalı modelləri xatırladacaq.



«Telefon ən populyar rəqəmsal mobil yayımı texnologiyalarından olan DVB-H standartını dəstəkləyəcək.


Telefonların qiyməti 200-300 avroya düşən kimi, mobil televiziyası kütləvi bazar məhsuluna çevriləcək», – deyə mənbə bildirib.



Gözlənilir ki, yeniliyə N77 adı veriləcək və gələn həftə Barselonada 3GSM mobil texnologiyaları sərgisində nümayiş etdiriləcək.



«Nokia Multimedia» bölməsinin direktoru yeni modelin buraxılması haqqında məlumata şərh verməkdən imtina edib», – deyə «Reuters» xəbər verir.


Günün bütün mövzuları

XS
SM
MD
LG