Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:37

Bakıda yeni sement zavodunun tikintisinə başlanacaq


Bakının Qaradağ rayonu ərazisində yeni sement zavodunun tikintisinə başlanacaq. İqtisadi İnkişaf naziri Heydər Babayevin dediyinə görə, hazırda layihənin əsaslandırılmasıyla bağlı işlər gedir. Yeni zavodun inşasına 80-100 milyon manat vəsait xərclənəcəyi gözlənilir. Cənab Babayevə görə, bu zavodun işə düşməsindən sonra Azərbaycanda sementə olan təlabat tam ödəniləcək.


Hazırda Azərbaycanda əsas sement istehsalçısı «Qaradağ Sement» zavodudur. Bu zavod ildə 800 min ton sement istehsal edir. Azərbaycanda sementə olan illik təlabat isə 1 milyon 500 min tondur.


Günün bütün mövzuları

XS
SM
MD
LG