Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:03

«Dünyada ən çox saxta dərmanlar Çin və Hindistanda istehsal olunur»


Ümumdünya Gömrük Komitəsinin (ÜGT) baş katibi Mişel Dane
Ümumdünya Gömrük Komitəsinin (ÜGT) baş katibi Mişel Dane

«Bu gün biz saxta dünyada yaşayırıq. Hər şey saxtadır. Masanın üstündə gördüyünüz eynək, qələm, hamısı…» Bu fikirləri fevralın 8-də Bakıda başlayan «Saxta dərmanlara qarşı mübarizə» adlı beynəlxalq konfransla bağlı keçirdiyi mətbuat konfransında Ümumdünya Gömrük Komitəsinin (ÜGT) baş katibi Mişel Dane deyib. Onun sözlərinə görə, uşaqlar üçün hazırlanan saxta ana südündən tutmuş, vaksinlərə qədər müxtəlif dərmanlar yüzlərlə körpənin ölümünə səbəb olub.


Cənab Danenin sözlərinə görə, dünyada ən çox saxta dərmanlar Çin və Hindistanda istehsal olunur. O, saxta dərmanlara qarşı mübarizəni terrorizm və narkotik maddələrə qarşı mübarizə ilə eyni səviyyədə tutur.


Saxta dərmanlarla bağlı Azərbaycanda vəziyyətin necə olmasına gəlincə, Mişel Dane bu barədə konkret məlumatlara malik olmadığını bildirir.


Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə deyir ki, 2000-ci ildən indiyə qədər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən iki milyona yaxın müxtəlif ampula və qutudan çox dərman preparatları saxlanılaraq məhv edilib.


Tədbir fevralın 9-da davam edəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG