Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:31

Həmsədrlər nazirləri martda görüşdürmək istəyirlər


Yuri Merzlyakov, 12 iyul 2005

Yuri Merzlyakov, 12 iyul 2005

«Hazırda ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşünün keçirilməsilə məşğuldurlar». Bunu rusiyalı həmsədr Yuri Merzlyakov Rusiyanın «Regnum» Agentliyinin müxbirilə söhbətində deyib. Cənab Merzlyakov deyib ki, onların regiona son səfərləri zamanı tərəflər danışıqlar prosesini davam etdirməyə hazır olduqlarını bildiriblər. Yuri Merzlyakov həmçinin bildirib ki, həmsədrlər nazirlərin növbəti görüşünün martın əvvəlindən gec olmayaraq keçirilməsini istəyirlər. Növbəti görüşün konkret nə vaxt və harda keçirilməsinə gəlincə, rusiyalı həmsədr bildirib ki, bu, nazirlərin iş qrafikindən asılıdır.


Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Vartan Oskanyan sonuncu dəfə yanvarın 23-də Moskvada görüşüblər. Bundan sonra həmsədrlər Bakıda, sonra Yerevan və Xankəndində olub Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələləri müzakirə ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG