Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:13

Ermənistan hərbi yardımda paritetin bərpasını istəyir


2008-ci ilin büdcə layihəsində Ermənistana yardımın 50 faiz azaldılacağı bildirilir

2008-ci ilin büdcə layihəsində Ermənistana yardımın 50 faiz azaldılacağı bildirilir

«Biz ümid edirik ki, ABŞ Konqresi Azərbaycan və Ermənistana ayrılan hərbi yardıma yenidən baxacaq». «Novosti-Armeniya» Agentliyinin yazdığına görə, bunu jurnalistlərin suallarını cavablandırarkən Ermənistanın Müdafiə nazirinin müavini, general-leytenant Artur Aqabekyan deyib. O, bütün halarda Azərbaycan və Ermənistan ordusunun maliyyələşməsilə bağlı paritetin bərpa olunacağına inanır.


General belə halın birinci dəfə baş vermədiyini, amma erməni lobbisinin təzyiqi nəticəsində Ermənistanın xeyrinə qərarın qəbuluna nail olunduğunu bildirir.


Ermənistan ordusunun hərbi hazırlıq qüdrətinin bu vəsaitdən asılı olmadığını deyən nazir müavininə görə, onlar üçün məsələnin maliyyə tərəfindən çox, mənəvi tərəfi əsasdır.


Amerika prezidentinin administrasiyası 2008-ci il üçün Ermənistana 3, Azərbaycana isə 4,3 milyon dollar hərbi yardım nəzərdə tutur.


Bundan başqa, beynəlxalq hərbi təhsil və treninq üçün Ermənistana 300 min dollar yardım nəzərdə tutulduğu halda, Azərbaycana bu məqsədlə 1 millyon dollar nəzərdə tutulur.


Ümumilikdə 2008-ci ildə Ağ Ev Ermənistana Azərbaycana ayrılacaq yardımdan 38 faiz az vəsait verilməsini təklif edir.


Agentliyin yazdığına görə, ötən həftə Nümayəndələr Palatası 2007-ci il üçün Ermənistana 75 milyon dollar yardım ayrılmasını təsdiqləyib. 2008-ci ilin büdcə layihəsində isə bu məbləğin 50 faiz azaldılacağı bildirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG