Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:53

«Sabirabadda ev quşlarının kütləvi tələfatı haqqında yayılan məlumatlar əsassızdır»


Sabirabadda ev quşlarının kütləvi tələfatı haqqında yayılan məlumatlar əsassızdır. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin (DBX) Mətbuat Mərkəzi bəyan edir. Məlumatda deyilir ki, DBX-nin Sabirabad üzrə yerli mütəxəssisləri fevralın 6-da rayonun bir sıra kəndlərində olub, sakinlərlə görüşüb və həyətlərdə saxlanılan quşların sağlamlığına baxış keçiriblər. Araşdırma zamanı ev quşlarının kütləvi tələfatı ilə bağlı yayılan məlumatların heç bir əsası olmadığı ortaya çıxıb.


Buna baxmayaraq, DBX ev quşlarının qapalı şəraitdə saxlanmasını məqsədəmüvafiq hesab etməklə, köçəri və çöl quşlarının ovlanmasına, satılmasına və onlardan qida məhsulu kimi istifadəsinə qoyduğu müvəqqəti məhdudiyyətin hələ də öz qüvvəsində qaldığıni bildirir.


XS
SM
MD
LG