Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07

Dünyada «quş qripi» faktlarda


Ölüm hallarının çoxu Vyetnam və İndoneziyanın payına düşür

Ölüm hallarının çoxu Vyetnam və İndoneziyanın payına düşür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 4-də «quş qripi» virusundan 22 yaşlı nigeriyalı qadının öldüyünü təsdiq edib. Bu, tropik Afrikada H5N1 virusundan ilk insan tələfatı sayılır.


Yüksək patogen H5N1 «quş qripi» virusu 2003-cü ildə Asiyadan başlayıb və ötən il boyu sürətlə yayılıb.


H5N1 virusu və onun dünyaya yayılmasına dair bəzi faktları təqdim edirik:


-Heyvanlar üzrə Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2003-cü ildə virus Asiyada yenidən peyda olandan bəri 50-dək ölkə və ərazidə qeydə alınıb.


-Təkcə ötən il xəstəlik 30-dan çox ölkədə aşkarlanıb və əsas virus daşıyıcısı qu quşları kimi vəhşi quşlar olub.


-ÜST-ün hesablamalarına əsasən, 2003-cü ildən bəri virus Azərbaycan, Kamboca, Çin, Misir, İndoneziya, İraq, Nigeriya, Tailand, Türkiyə və Vyetnamda 165 adamın ölümünə səbəb olub.


-Ümumilikdə, 2003-cü ildən virus 271 adamı yoluxdurub. Ölənlərin çoxu uşaqlar və cavanlardır.


-Ölüm hallarının çoxu Vyetnam və İndoneziyanın payına düşür-105 nəfər.


-H5N1 virusu elm üçün yeni deyil və 1959-cu ildə Şotlandiyada yüksək patogen «quş qripi»nin törədicisi olub. Keçən ilin aprelin 6-da Britaniya hökuməti Şotlandiyada virusun yenidən baş qaldırmasını qeydə alıb.


-«Quş qripi»ni törədən yalnız H5N1 virusu deyil və onun müxtəlif növləri var. Məsələn, 2003-cü ildə Hollandiyada aşkarlanan H7N7 «quş qripi» virusu 30 milyon quşun, başqa sözlə, ölkədəki ev quşlarının təxminən üçdə birinin məhv edilməsinə səbəb olmuşdu. Belçikada 2.7 milyon, Almaniyada isə 400 minədək quş tələf edilib. Hollandiyada 89 nəfər H7N7 virusuna yoluxmuşdu ki, onlardan da biri ölüb.


-H5N1 virusu insanlara ilk dəfə 1997-ci ildə Honq-Konqda keçib. O vaxt virus 18 nəfəri yoluxdurmuş və altı nəfərin həyatına son qoymuşdu.


-İnsanlarda «quş qripi» əlamətləri hərarət, öskürək, faringit və əzələ ağrıları kimi tipik qripə bənzər simptomlardan tutmuş göz iltihabı, pnevmoniya (sətəlcəm), kəskin respirator xəstəlik, viruslu pnevmoniya və başqa şiddətli və həyat üçün təhlükəli xəstəliklər qədər dəyişir.


Günün bütün mövzuları

XS
SM
MD
LG